Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Diaspor Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir

ABŞ-da səfərdə olan Diasporla İş üzrə Diaspor Komitəsinin nümayəndə heyəti Boston və Portlənd şəhərlərində yaşayan azərbaycanlılarla görüşüb.

Dərc edilib: 27 sentyabr 2019 [11:30]
Baxış sayı: 6958

Interpress.az xəbər verir ki, tədbir­lərdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və digər məsul şəxslər, Boston və Portləndəki diaspor təşkilatlarının, türk icmasının nümayən­dələri, ABŞ-ın məşhur Universitetlərində, o cümlədən Harvard Universitetində təhsil alan gənclərimiz, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar iştirak ediblər.

Hər iki tədbirdə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videomaterial və Azərbaycan Diasporuna Dəstək Fondunun tanıtım çarxı nümayiş etdirilib.

Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub. Fondun fəaliyyət istiqamətləri və fonda müraciət formaları, ölkəmizin diaspor siyasəti, Vətəni­mizin müxtəlif tarixi mərhələlərdə inkişafı, beynəlxalq əlaqələr, xüsusən də Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verilib.

Görüşün təşkil edilməsinə görə Diaspor Komitəsinə minnətdarlıqlarını bildirən soydaşlarımız Bostonda bu qədər azərbaycanlının bir araya gəlməsinin ilk dəfə baş verdiyini vurğulayıblar. Onlar bu addımı həmyerlilərimizin şəbəkələşməsi və təşkilatlan­ması üçün atılan ən mühüm addım kimi dəyərləndiriblər. Portlənddə isə soydaşlarımızın təşkilatlanması, onların müxtəlif platformalar üzərindən birləşməsi üçün atıla biləcək addımlardan, dünyada Vətənimizin daha da yüksək səviyyədə tanıdılma imkanlarından danışılıb.

Görüşlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə və Amerika cəmiy­yətinə çatdırılmasında soydaşlarımızın rolundan danışılıb, bu istiqamətdəki fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Tədbirlər qarşılıqlı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.

Daha sonra, ABŞ-da səfərdəolan nümayən­də heyətinin üzvləri Men ştatının Portlənd şəhər meriyasında, Cənubi Men Univer­sitetində, senator Syuzan Kollinzin ofisində, “Study Maine” təhsil mərkəzində görüşlər keçirib.

Şəhər meneceri Con Cenninqs və İqtisadi Potensial Bürosunun direktoru Culia Truksio Luenqo, Cənubi Men Universitetinin prezidenti Glen Kamminqs, prezidentin müxtəliflik və qəbul üzrə xüsusi məsləhətçisi professor Reza Celali, dövlət idarəsinin nümayəndəsi Keyt Simpson, eləcə də “Study Maine” şirkətinin direktoru və baş ticarət mütəxəssisi Zeynəb Türklə görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli strateji tərəfdaşlıq, ölkəmizin sosial-iqtisadi inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələr üzrə həyata keçirilən dövlət proqramları, Dağlıq Qarabağa dair Azərbaycan həqiqətləri, ölkəmizin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, azərbaycanlıların Portləndin yerli cəmiyyətinə uğurlu inteqrasiyası məsələləri, şəhərin ictimai-siyasi və sosial həyatında onların fəal iştirakı, təhsil sahəsində mübadilə proqramları və s. məsələlər müzakirə olunub.

Cənubi Men Universitetinin kitabxanasına Azərbaycandan gətirilən kitablar hədiyyə edilib.

Diaspor Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208