Cəbrayıl Həsənovu məğlub edən amerikalı dünya çempionu Həbiblə döşəkdə görüşmək istəyirbackend

Cəbrayıl Həsənovu məğlub edən amerikalı dünya çempionu Həbiblə döşəkdə görüşmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu sərbəst güləş üzrə ikiqat dünya çempionu Kayl Deyk deyib.

O, fight-library.com saytına müsahibəsində ikinci dəfə Cəbrayıl Həsənovu məğlub edərək dünya çempionu olmasından danışıb:

“Oyun planım onu döşəkdən ​​kənarlaşdırmaq idi. Mən bu planı həyata keçirməklə çox yaxşı bir iş ortaya qoydum və ikinci qızılımı da ələ ala bildim”.

79 kq-da dünya çempionu olmuş Kayl Deyk UFC çempionu Həbib Nurməhəmmədovla qarşılaşmağa pis yanaşmadığını bildirib:

“Əgər Həbib güləş döşəyində yarışmaq istəyirsə, mən hazıram. Həbib Nurməhəmmədov, bunu eşitdiniz? Gəlin, bunu edək”.