“Qadına qarşı haqsızlıq heç cür qəbul oluna bilməz”backend

“Qadına qarşı haqsızlıq heç cür qəbul oluna bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, O çıxışında, Azərbaycanın ailə institutunda qadınların misilsiz xidmətləri olduğunu qeyd edib: \”Bir qadına qarşı zorakılıq bütün dünya qadınlarına zorakılıq kimi qiymətləndirilir. Azərbaycan qanunvericiliyində qadınlarla bağlı qanunlar qəbul olunub. Bir qadının haqqı pozulubsa bu, bizim hüququmuzun pozulması deməkdir. Qadına qarşı haqsızlıq heç cür qəbul oluna bilməz. Bu günlərdə mətbuatda bir qadına qarşı zorakılıq hadisəsi bu tədbirlərin vaxtını sürətləndirdi.

O partiyanın başqa partiyalarla əməkdaşlığı yoxdur. Ancaq qadın məsələsində kimliyindən asılı olmayaraq müzakirə etməliyik. Biz bu məsələyə siyasi partiya kontekstində baxmırıq. Azərbaycan cəmiyyətində imzası olan tanınmış bir jurnalistə qarşı uzun illər işgəncə törədilməsi yəqin ki qadınları narahat etməyə bilməz. Qadınlar arasında həmrəylik zəif olduğuna görə biz bərabər hüquqlarımızı reallaşdıra bilmirik. Hakimiyyətə iddiası olan bir şəxsi sabah bir idarəyə rəhbər təyin etsələr, orada çalışan qadınlara nə cür münasibət göstərər?\”.