Gürcüstan Azərbaycan və Türkiyə ilə gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı yeni təkliflər irəli sürübbackend

Gürcüstan Azərbaycan və Türkiyə ilə gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı yeni təkliflər irəli sürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri İvane Maçavariani bildirib.

Onun sözlərinə görə, qonşu ölkələrlə elektron informasiya mübadiləsinin həyata keçirilməsi Gürcüstanın uğurlu beynəlxalq əməkdaşlığının nəticəsidir: “Bu gömrük nəzarətinin effektivliyinin artırılması, sərhəd vasitəsilə yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin sadələşdirilməsi deməkdir”.

İ.Maçavarini bildirib ki, Gürcüstan, Türkiyə və Azərbaycan arasında gömrük sahəsində üçtərəfli əməkdaşlıq olduqca vacibdir: “Bu əməkdaşlığa, ilk növbədə, elektron qaydada məlumat mübadiləsi daxildir. Nəqliyyat sənədlərinin uyğunlaşdırılması və rəqəmsallaşdırılması da arzuolunandır. Belə ki, bu, gömrük prosedurlarının sadələşdirilməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, maliyyə naziri bu gün Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində yenilənmiş infrastrukturun rəsmi açılış mərasimində iştirak edib.