Trampla Zelenskinin telefon danışığı ətrafında qalmaqal böyüdü – Xüsusi nümayəndə istefa verdibackend

Trampla Zelenskinin telefon danışığı ətrafında qalmaqal böyüdü – Xüsusi nümayəndə istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə CNN vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Onun adının ABŞ və Ukrayna liderləri (Donald Tramp və Vladimir Zelenski) arasındakı telefon danışığı ilə bağlı yazılı şikayətdə qeyd edilməsi istefasına səbəb olub.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasındakı demokratlar K.Valkeri həmin telefon danışığına görə oktyabrın 3-də dinləməyə çağırıblar.

Ehtimal edilir ki, Valker Trampın şəxsi vəkili Rudi Culiani ilə Zelenskinin köməkçisi Andrey Yermak arasında görüş təşkil edib.

Culiani isə Co və Hanter Baydenlərin Ukraynadakı işləri ilə əlaqədar istintaq işinin başladılması üçün rəsmi Kiyevə təzyiq göstərməkdə şübhəli bilinir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasında çoxluqda olan demokratların lideri Nensi Pelosi Prezident Donald Trampa qarşı rəsmi impiçment araşdırmasına göstəriş verib.

N.Pelosi Trampı Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Konstitusiyanı pozmaqda ittiham edib.

Tramp barəsində rəsmi impiçment prosedurunun başladılması ilə nəticələnən bu qalmaqal Mərkəzi Kəşfiyyat İdarəsinin zabitinin Federal Təhqiqatlar Bürosuna şikayəti əsasında başlayıb.

Həmin kəşfiyyat zabiti Trampın telefon danışığını dinləyərkən onun Ukrayna Prezidentinə demokrat senator, keçmiş vitse-prezident Co Baydenin oğlunun “korrupsiya əlaqələrini” araşdırmaq üçün təzyiq göstərdiyini müəyyən edib.

Bildirək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.

İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

Ağ Ev administrasiyası isə bundan sonra telefon danışığının stenoqramını açıqlayıb. Lakin stenoqramda Trampın Zelenskini təhdid etməsi ilə bağlı bir məqam yer almayıb.