İranda qadınlara “yaşıl işıq”backend

İranda qadınlara “yaşıl işıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterepress.az xəbər verir ki, yeni qayda ancaq əcnəbi qadınlara şamil ediləcək. Belə ki, onlar İranda bu il keçiriləcək turnirdə oyunları izləyə biləcəklər.

İranın Voleybol Federasiyasının sədri Mahmud Afşardost bildirib ki, iyun-avqust aylarında ölkədə keçiriləcək kişilər arasında Asiya Voleybol Çempionatında əcnəbi qadınları oyunların keçiriləcəyi yerə buraxılacaqlar.

Afşardost Asiya Voleybol Konfederasiyasının Baş Katibliyinə göndərdiyi məktubda qeyd edib ki, səfirliklərin qadın işçiləri, əcnəbi komandaların oyunçularının ailəsi, əcnəbi qadın tamaşaçılar və ya Tehranda yaşayan digər əcnəbi qadınlar oyunlara salonda tamaşa edə biləcəklər. Bunun üçün idman salonunda ayrıca yerlər təşkil olunacaq.

İnterpress.az