SOCAR-ın işçisi faciəvi şəkildə öldübackend

SOCAR-ın işçisi faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 28-i saat 18:10 radələrində Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə bədbəxt hadisə baş verib. SOCAR-dan Lent.az-a verilən məlumata görə, özüldə növbə dəyişilən zaman SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozub və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb. Yoldaşları tərəfindən dərhal sudan çıxarılmasına baxmayaraq o, aldığı xəsarətdən gəmidə ölüb. A. Məmmədovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.

İnterpress.az