Azərbaycanın ən ağırçəkili cüdoçusu Lüksemburqda qızıl medal qazanıb – FOTObackend

Azərbaycanın ən ağırçəkili cüdoçusu Lüksemburqda qızıl medal qazanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıb.

Kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Daha bir təmsilçimiz Aslan Mirzəyev (-100 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

Beləliklə milli komandamızın üzvləri Lüksemburq yarışında dörd medal (bir qızıl, üç bürünc) qazanıb. Turnurin ilk günü Aleksandra-Larisa Florian (-57 kq) və Rəşad Yelkiyev (-60 kq) III yeri tutmuşdu.

Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.

Azərbaycanın ən ağırçəkili cüdoçusu Lüksemburqda qızıl medal qazanıb - FOTO