Teymur Rəcəbov Dünya Kubokunun finalında ilk görüşünü keçirdi – YENİLƏNİBbackend

Teymur Rəcəbov Dünya Kubokunun finalında ilk görüşünü keçirdi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, çinli Liren Dinqlə baş tutan ilk görüş heç-heçə başa çatıb.

Teymur Rəcəbovun ağ fiqurlarla oynadığı ilk partiyada tərəflər sülh bağlayıb.

Qeyd edək ki, Dünya Kuboku oktyabrın 4-də yekunlaşacaq.

12:56

İnterpress.az xəbər verir ki, hazırda FIDE reytinqində 2758 xalla XV sırada olan Teymur Rəcəbov 2811 xalla dünyanın III şahmatçısı olan çinli Liren Dinqlə qarşılaşacaq.

Qeyd edək ki, hər iki şahmatçı finala çıxmaqla artıq gələn il keçirilən şahmat tacına iddiaçıların turnirinə vəsiqə qazanıb.