Hacıxanım genekoloq Təranə Fətəliyevanın iyrənc əməlləribackend

Hacıxanım genekoloq Təranə Fətəliyevanın iyrənc əməlləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abortetmək İslam dinində qəbul olunmaz hal kimi dəyərləndirilir. Dinimizə görə, həm abort etdirən həm də abortu həyata keçirən həkimlər eyni günaha pay sahibliyi edirlər. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu yöndə addım atanlar çoxluq təşkil edir. Ən əsası isə bu işi həyata keçirən həkimlər prosesə pul gözündə baxırlar. Bu həkimlərdən biri də Biləcəri Dəmir Yolu Xəstəxanasının mama-genekoloqu Təranə Fətəliyevadır. Haqqında danışdığımız xanım həkim uzun illərdir eyni məqamda külli miqdarda pul qazanmaqdadır. Bu azmış kimi T.Fətəliyeva bakirəliyin bərpası (tikilməsi) kimi işləri çox ustalıqla həyata keçirir.

Redaksiyamıza daxil olan məlumata görə, o bu işilə qürarla danışır. Üstəlik 1300-1500 manat arasında dəyişən qiymətlərdə ona müştəri gətirənlərə 10 faizlik qonorar verir. Məlumatda o da qeyd olunur ki, T.Fətəliyeva bu işdə peşəkar olduğu ilə öyünür. Ancaq buna baxmayaraq bu ilin ilk aylarında bir xanımın toy axşamında bakirə çıxmadığı aydın olub. Hadisənin üstünü oğlanın anası-gəlinin qaynanası açıb.

Həcc Ziyarətində olan, müqəddəs Hipokrat andına sadiq çıxmayan T.Fətəliyevanın qanunsuz əməlləri ilə bağlı Səhiyyə Nazirliyinə dəfələrlə müraciət olunsa da T.Fətəliyeva barəsində heç bir ölçü götürlürməyib.

Biz də öz növbəmizdə üzümüzü tuturuq aidiyyatı dövlət qurumlarına, başda Səhiyyə Naziri cənab Oktay Şirəliyevə bildirmək istəyirik ki, Biləcəri Dəmir Yolu Xəstəxanasının mama-genekoloqu Təranə Fətəliyeva barəsində ciddi tədbir görülsün. 10 milyonluq Azərbaycan xalqını belə bir həkimlərin öhdəsinə buraxmaq olmaz.

Yaxın günlərdə T.Fətəliyevanın \”ustalığı ilə” toy gecəsi məsuliyyətini atlatmaq istəyən lakin fırıldağın üstü açılan \”gəlin” anası ilə birgə redaksiyamızın qonağı olacaq.

Ədalət xatirinə onu da qeyd etmək lazımdır ki, bu işlə təkcə T.Fətəliyeva məşğul olmur. Genekoloqların əksəriyyətinin gəlir mənbəyinə bu işi gəlir mənbəyinə çevirib.

Onların da əməlləri barədə materiallar toplanır. Bundan başqa suni mayalanma altında hansı iyrəncliklər törədilməsi barəsində yazımız olacaq.

(Sabahinfo.az)