Peruda Prezident parlamenti buraxdı – Konqres də onu hakimiyyətdən kənarlaşdırdıbackend

Peruda Prezident parlamenti buraxdı – Konqres də onu hakimiyyətdən kənarlaşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici KİV-ə istinadən məlumatına görə, M.Viskarra deyib ki, Konstitusiyaya uyğun olaraq Konqresin buraxılması və seçkilər keçirilməsi qərarına gəlib.

Prezidentin bu qərarı ölkə parlamentini də əks tədbirlər görməyə vadar edib.

Peru Konqresinin sədri Pedro Olaeçea Martin Viskarranın hakimiyyətdən kənarlaşdırıldığını elan edib.

Konqres bildirib ki, Prezident parlamentin iclasında Konstitusiya quruluşunu pozduğu üçün onun müvəqqəti qabiliyyətsiz olduğunu elan edən qətnamə bəyənilib.

Deputat Jorge del Castillo isə Peru ordusuna, polisə çağırış edib ki, çevrilişə dəstək verməsinlər.