Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsi həyata keçirilmişdir

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT – lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsini həyata keçirmişdir. Layihənin məqsədi cəbhəyanı bölgələrdə məskunlaşan məcburi köçkün ailələrinin sosial problemlərində ictimai iştirakçılığın artırılmasıdır.

Dərc edilib: 1 oktyabr 2019 [11:17]
Baxış sayı: 5767

Cəbhəyanı ərazilərdə yaşayan məcburi köçkünlərin sosial müdafiəsi hər zaman dövlətimizin diqqətində olmuşdur. Uğurlu sosial iqtisadi siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin məişət, mənzil, sosial təminat şəraiti yaxşılaşdırılmışdır.

Azərbaycanda Erməni silahlı güvvələrinin təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş 1 200 400 məcburi köçkün var. Məcburi köçkün ailələrinin problemləri cəmiyyətimiz üçün aktual olması onlarla bağlı problemlərin həllində dəstəyi göstərməkdir. Qeyd etmək lazımdır ki, məcburi köçkün ailələri arasında azəminatlı, sosial qayğıya ehtiyacı olan, ailə üzvlərindən şəhid olan, zorakılıqla üzləşmiş şəxslər də vardır. Ailələrin emosional və sosial vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətin diqqətinin onlara yönləndirilməsi bu günümüz üçün aktualdır. Layihə çərçivəsində Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan məcburi köçkün ailələri ilə görüşlər keçirilmişdir. Keçirilən görüşlərdə;

Ailələrin sosial dəstək xidmətlərindən istifadə imkanlarının artırılması

Ailələrinin məşğulluq, hüquqi, problemlərinin həllində dəstək

Ailələrin hüquqi problemlərinin həllində yardım, sosial yardım və müavinətlərlə bağlı yönləndirmə

Sosial təhlükəli vəziyyətdə olan qadın və uşaqların , şəhid ailələrinin emosional durumunun yaxşılaşdırılması

Məcburi köçkün ailələrinin problemlərinin həllində ictimai dəstəyin artırılması

Ailələrin problemlərinin həlli ilə icma dəstəyinin yaradılması kimi məsələlərə toxunulmuşdur.

Layihə çərçivəsində keçirilən görüşlərdə yerli icma nümayəndələri, ictimai xadimlər, dövlət qurumlarının nümayəndələri də iştirak etmişlər.

“Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsi həyata keçirilmişdir

“Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsi həyata keçirilmişdir






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193