AFFA Rauf Əliyevin qəbələli azarkeşlərlə münaqişəsinə qiymət verdi – VİDEObackend

AFFA Rauf Əliyevin qəbələli azarkeşlərlə münaqişəsinə qiymət verdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Premyer Liqanın VI turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra qonaqların hücumçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbərdarlıq olunub.

Həmçinin azarkeşlərinin davranışına görə Qəbələ klubuna da ciddi xəbərdarlıq edilib. Bu hallar yenidən təkrarlanacağı halda hər iki tərəfə ciddi sanksiyalar tətbiq olunacaq.

Bundan başqa, İntizam Komitəsi I divizionun V turunun “Qaradağ Lökbatan” – “Qarabağ-2” və “Neftçi-2” – “Sabah-2” görüşlərində xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minimum 18 yaş olmalıdır – S.M.) meydan sahibi klublar 80 manat cərimə edilib.

MOİK – “Turan Tovuz” matçında isə oyunun video yazılışını aparmadığına və qarşılaşmanın protokolunu vaxtında tərtib etmədiyinə görə meydan sahibi klub cərimələnib. Hər iki qayda pozuntusuna görə MOİK ümumilikdə 160 manat ödəyəcək.