Qubada vətəndaşları “işə düzəldən” dələduz tutuldu – FOTObackend

Qubada vətəndaşları “işə düzəldən” dələduz tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, rayon sakini, 41 yaşlı Nəsrulla Sultanov zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəməkdə şübhəli bilinir.

İlkin dindirmə zamanı, N.Sultanov törətdiyi cinayət əməllərini etiraf edib. Onun Quba rayonu ərazisində 18 vətəndaşa qarşı dələduzluq etdiyi məlum olub.

Belə ki, adı çəkilən şəxs vətəndaşların etibarından istifadə edərək, onları yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə vədlər verərək, xeyli miqdarda pul mənimsəyib.

Polis əməkdaşları Nəsrulla Sultanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Qubada vətəndaşları “işə düzəldən” dələduz tutuldu - FOTO