Bu ərazilərdə qaz təchizatında fasilələr olacaqbackend

Bu ərazilərdə qaz təchizatında fasilələr olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 2-də səhər saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci kilometrliyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək.

Bu zaman Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Bundan başqa, adıçəkilən idarənin “Şamaxı” Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Həmçinin bildirilib ki, oktyabrın 2-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək “Biləcəri (Sulutəpə)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatında fasilələr yaranacaq.