Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Kral ailəsi bir neçə media qurumunu məhkəməyə verdi

Şahzadə Harri və Meqan Markl “Mail” və “Associated Newspapes” şirkətini məhkəməyə verib.

Dərc edilib: 2 oktyabr 2019 [14:36]
Baxış sayı: 8663

Spletnik.ru xəbər verir ki, buna səbəb hər iki media qurumunun Meqanın atasına ünvanladığı məktubu dərc etməsi olub.

Hersoq nümayəndəsinin sözlərinə görə, media qrupu məsələnin dinc yolla həllindən imtina edib. Nəticədə, məhkəmə prosesi başlanıb. Ailə məxfiliyin və müəllif hüquqlarının pozulmasına görə hüquqlarını məhkəmə yolu ilə qorumağa çalışacaqlar.

Bundan əlavə, şahzadə Harri rəsmi açıqlama verərək, əslində, vəziyyətin daha gərgin olduğunu dilə gətirib. Onun sözlərinə görə, il ərzində Meqana qarşı ardıcıl şəkildə mediada xoşaqəlməz kampaniyalar aparılıb, ictimaiyyətin gözü qarşısında onu ləkələmək üçün şərait yaradılıb.

Onun fikrincə, bəzi KİV-lər yalan danışır, xəbər uydurur və Meqanın mənfi obrazını yaratmaq üçün həqiqətlər dəyişdirilir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190