Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb, RİH “yararsız idi” deyir- VİDEObackend

Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb, RİH “yararsız idi” deyir- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Report”-a istinadla xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov “Report”a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib.

O bildirib ki, əvvəlki abidə yararsız halda olub: “Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.

Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib: “Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.