Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rusiya MN S-500-lərin Suriyada sınaqdan keçirilməsi xəbərini təkzib edib

Rusiya Müdafiə Nazirliyi Suriyada S-500 zenit-raket sistemlərinin sınaqdan keçirilməsi ilə bağlı xəbərləri təkzib edib.

Dərc edilib: 2 oktyabr 2019 [16:05]
Baxış sayı: 9109

İnterpress.az-ın TASS-a istinadın verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, bu sistemlərin çətin iqlim şəraitində sınaqdan keçirilməsi üçün Həştərxan vilayətində yerləşən Aşuluk poliqonundan da istifadə etmək olar, bu sistemlərinin sınağının Suriyada keçirilməsinə ehtiyac yoxdur: “S-500 uzunmənzilli ballistik və aerodinamik hədəflər üçün nəzərdə tutulub. S-500 zenit-raket sistemlərinin Suriyada sınaqdan keçirilməsi üçün heç bir zərurət yoxdur və heç vaxt da olmayıb”.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hava hücumundan müdafiə sistemləri Suriyada Tartus və Xmeymimdə yerləşən rus hərbi bazalarını hər növ ballistik və aerodinamik hədəflərdən qoruyur.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190