Millimiz Olimpiadaya çıxmaq üçün bu komandalarla qarşılaşacaqbackend

Millimiz Olimpiadaya çıxmaq üçün bu komandalarla qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yanvarın 7-dən 12-dək Hollandiyanın Apeldoorn şəhərində keçiriləcək yarışda komandamız A qrupunda yer alacaq.

Millimiz ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaq.

Qeyd edək ki, bu turnirin yalnız qalibi Tokio Olimpiadasında iştirak etmək hüququ əldə edəcək. Həmçinin, yanvarda Afrika, Asiya, Cənubi və Şimali Amerikada keçiriləcək təsnifat turnirlərinin də yalnız bir qalibi Olimpiadanın iştirakçısı olacaq.