Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Teymur Rəcəbov bu gün Rusiyada Dünya kubokunu qazana bilər

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında çinli Dinq Lirenlə dördüncü görüşünə çıxacaq.

Dərc edilib: 3 oktyabr 2019 [11:57]
Baxış sayı: 7907

İnterpress.az xəbər verir ki, 32 yaşlı qrossmeysterimiz dünya reytinqinin üçüncü şahmatçısı olan rəqibi ilə qara fiqurlarla oynayacaq.

Son üç görüşdə tərəflər hərəyə bir qələbə qazanıb, bir partiya isə heç-heçə bitib. Hazırda tərəflər arasında ümumi hesab bərabərdir – 1,5:1,5.


Bugünkü görüş sonuncu ola da bilər, olmaya da. Qalib müəyyənləşməsə, sabah həlledici görüşdə – tay-breykdə tərəflər güclü ağıl zəkası olduğunu sübut etməyə çalışacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Teymur Rəcəbov qalib gələcəyi halda, 110 min dollar qazanacaq. Uduzacağı halda isə 80 min dollarla kifayətlənəcək.

Onu da bildirək ki, üçüncü yer uğrunda görüşdə fransız Maksim Vaşye-Laqravla çinli Yuy Yanla qarşılaşacaq. Maraqlıdır ki, burda da ümumi hesab bərabərdir – 1,5:1,5.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 189