Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Saatlıda təcili yardım maşını “Mercedes”lə toqquşdu

Saatlıda təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Dərc edilib: 3 oktyabr 2019 [17:01]
Baxış sayı: 8715

İnterpress.az xəbər verir ki, hadisə Saatlı-İmişli-Beyləqan-Bəhramtəpə magistral yolunun Əlisoltanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 




Belə ki, Saatlı Rayon Mərkəzi xəstəxanasının təcili yardım maşınının sürücüsü Vaqif Heydərov çağırışa gedən zaman Naxçıvan sakini, 1994-cü il təvəllüdlü Əhmədov Nihad Xudaverdi oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub. 

Nəticədə xəsarət alan “Mercedes”in sürücü Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı N.Əhmədovun yuxulu olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190