Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb - FOTO

Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Dərc edilib: 4 oktyabr 2019 [10:55]
Baxış sayı: 8913

Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

İnterpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Lvovdakı Baş İdarəsindən bildirilib.

Təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb.

İspaniyanın Viko şəhəri istiqamətində çarter uçuşu həyata keçirən təyyarənin göyərtəsində 7 nəfər olub. Onlardan 4-nün meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir.

Hadisə yerinə 41 xilasedici və 7 xüsusi texnika cəlb olunub.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190