Ədliyyə naziri hüquq peşəsinin əhəmiyyətindən danışdıbackend

Ədliyyə naziri hüquq peşəsinin əhəmiyyətindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, nazirin sözlərinə görə, hakim seçilənlərdən hər dördüncüsü hüquqi təcrübədən keçib.

“Ədliyyə Nazirliyi Vəkillər Kollegiyası (VK) ilə sıx əməkdaşlıq edir. VK Ədliyyə Akademiyası üçün lazımi kadr yetişdirməkdə kömək edir. Azərbaycan vəkilləri hazırda inkişaf baxımından yeni mərhələ yaşayır.

Son illərdə vəkillərin sayı iki dəfə artıb, amma biz bununla kifayətlənmirik. Hüquqşünaslar İnstitutu inam qazanıb, onun ölkənin ictimai həyatındakı rolu artıb. Ümid edirəm ki, bugünkü müzakirələr VK-na fəaliyyətini düzgün inkişaf etdirməyə daha da kömək edəcək”, – deyə nazir bildirib.