ÜMUMTÜRK DİASPORunun formalaşmasında önəmli mərhələ – MƏQALƏbackend

ÜMUMTÜRK DİASPORunun formalaşmasında önəmli mərhələ – MƏQALƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə olmalıyıq. Hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının başlıca vəzifəsi xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirməkdir”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Türk dünyasının birliyi hər zaman xüsusi aktuallıq kəsb edib. Bütün dövrlərdə türkdilli dövlətlər arasında xoş münasibətlər olsa da, bu daha çox ikitərəfli münasi-bətlərdə özünü biruzə verib. Bu gün isə, qloballaşma dövrünün tələbləri hər bir prosesə daha genişmiqyaslı yanaşma tələb edir. Əslində, informasiya-kommuni-kasiya texnologiyalarının inkişafı sərhədləri formallaşdıraraq proseslərə dünyəvilik gətirmişdir. Artıq, bir çox proseslər asanlıqla milli çərçivəni aşaraq qlobal mahiyyət kəsb edir ki, bu da özünəməxsus cəhətlərlə xarakterizə olunur.

Müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri də diaspor fəaliyyətinin ayrı-ayrı dövlətlərin xarici siyasətində aparıcı qüvvəyə çevrilməsidir. Artıq, diasporlar beynəlxalq gücə, qlobal səviyyədə milli və dövlətçilik maraqlarının əsas müdafiəçi-sinə çevrilməkdədir. Təbii ki, belə bir dövrdə dövlətlərarası dostluqların diaspor təşkilatları arasında da formalaşdırılması günümüzün reallığından irəli gələn bir zərurətdir. Hansı ki, bu zərurəti Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev hələ 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən III Zirvə toplantısındakı çıxışı zamanı aydın şəkildə səsləndirmiş və strateji bir vəzifə kimi qarşıya qoymuşdur.

Türkdilli Diasporların I Potensial artırma Təlim Proqramı da, məhz ölkə başçısının türk dünyasının birliyi istiqamətində çağırışlarına verilən bir səsdir, ÜMUMTÜRK DİASPORUnun formalaşmasında bir addımdır. Azərbaycanın diaspor tarixində bir ilk olan bu proqramın başlıca məqsədi türkdilli ölkələrin diasporlarının birgə fəaliyyətinə nail olmaq, onların bütün dünyada bərabər fəaliyyət imkanlarını gerçəkləşdirməkdir.

Tarixə nəzər saldıqda, aydın olur ki, türk dünyasının birliyi ideyası yüzillər-dən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımlar atılmışdır. Türk dünyasının iki böyük liderinin – Mustafa Kamal Atatürk və Heydər Əliyevin xidmətləri danılmazdır. Bu gün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Biz bir millət, iki dövlətik” kəlamları bu böyük şəxsiyyətlərin türk dünyasının birliyinə nə qədər böyük önəm verdiyinin əyani təsdiqidir.

Bu fikirlər həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilir. Müasir dövrdə Azərbaycan və Türkiyə icmalarının üzərinə düşən başlıca vəzifə bu formula əsaslanaraq, xalqlarımızın mənafeləri naminə qarşılıqlı əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir.

İstər Azərbaycan Respublikası, istərsə də ayrı-ayrı dövlət və qeyri-dövlət qurumları tərəfindən türksoylu xalqların birliyi istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Xüsusilə, Heydər Əliyev Fondu tərəfindən ortaq layihələrin reallaşdırılması, ortaq mədəni dəyərlərin paylaşılmasına xidmət edən tədbirlərin təşkili də, məhz türk dünyasının birliyinə xidmət edir. Hələ 2011-ci ildə, Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) tərəfindən 15-ci “Türk dünyasına xidmət” mükafatının Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasıbıb Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təqdim edilməsi bunu bir daha təsdiq edir.

Ulu Öndərin strategiyasını bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra dəfə-lərlə türkdilli respublikalara – Qazaxıstana, Özbəkistana, Qırğızıstana, Türkiyə-yə, Türkmənistana səfərlər edərək türk dövlətlərinin və xalqlarının birliyinə yeni nəfəs gətirmişdir. Ölkə başçısının Qazaxıstana, Özbəkistana, xüsusilə Türkiyəyə davamlı rəsmi səfərləri göstərdi ki, İlham Əliyev bütün sahələrdə olduğu kimi, bu sahədə də öz siyasi enerjisini əsirgəmir, türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının qlobal dünyada özünəməxsus yerini tutması uğrunda bütün mümkün addımları atır.

Bu yerdə, 2018-ci ilin sentyabrında TDƏŞ-in Qırğızstanda keçirilən VI Sammi-tində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bir fikrini xatırlatmaq yerinə düşərdi: “2009-cu ildə Naxçıvan Sazişi ilə qurduğumuz Türk Şurası-nın ötən müddətdə təşkilati cəhətdən gücləndiyini görürük. Şübhəsiz, bu prosesdə türk dünyasının ağsaqqalı hörmətli Nazarbayevin və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevin çox böyük əməyi var”.

Ölkə başçıları səviyyəsində yüksək dostluq münasibətləri ölkələr və xalqlar arasında mövcud bağları daha da möhkəmləndirir, bütün sahələrdə birgə fəaliyyətə stimul verir. Nümunə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin sentyabrında Antalyada Türkdilli Dövlətlərin və Topluluqların Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürdüyü təşəbbüs əsasında 2007-ci ilin martın 9-da Bakıda Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin, 2013-cü il iyunun 21-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib. Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, mədəniyyət və digər yaradıcı qurumlarının nümayəndələri iştirak edib.

Möhtərəm cənab Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaş-lıq Şurasının (TDƏŞ) III Zirvə toplantısında söylədiyi “Bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meylləri gücləndirməliyik. Hesab edirəm ki, bugünkü zirvə görüşü bu amallara xidmət edir, zirvə görüşünün çox gözəl nəticələri olacaqdır” fikirləri də qeyd olunanları bir daha təsdiq edir.

Xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanı kimi Diasporla İş üzrə Dövlət Komitəsi, möhtərəm cənab Prezidentin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, türkdilli dövlətlərin diaspor fəaliyyətlərinin də əlaqələndirilməsi, türk dünyasının birləşmiş diaspor hərəkatının formalaşması istiqamətində ardıcıl işlər görür.

Bu məqsədlə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Ko-mitəsi, Qazaxıstan Respublikasının Vətəndaşlar Fondu və Türkiyə Respubli-kasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Eyni zamanda, Türk dünyasında baş verən aktual və əhəmiyyətli xəbərləri, Türkiyə və Azərbaycan diasporunun fəaliyyəti haqqında məlumatları özündə əks etdirən “Türkiyə-Azərbaycan” jurnalının nəşrinə başlanılıb. Jurnal, Dövlət Komitəsinin dəstəyi ilə Türk dilində rübdə bir dəfə 1000 nüsxə ilə çap edilir. Türkiyədə, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində dövlət və ictimai qurumlara, diaspor təşkilatlarına pulsuz şəkildə paylanılır. Bütün bunlar türkdilli diasporların birliyinə xidmət edir və oxşar təcrübənin digər türkdilli ölkələrlə də həyata keçirilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, Dövlət Komitəsi olaraq, dövlətimizin siyasətinə və dövlət başçısının tapşırıqlarına uyğun olaraq, dünya azərbaycanlılarının şəbəkələş-məsi, türk dünyası birliyinin möhkəmləndirilməsi üçün bütün mümkün olanları edirik və bu işlər ardıcıl şəkildə aparılır.

Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 3-cü iclasında, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir. Hələ 2018-ci ilin 8 noyabr tarixində Türkiyə Respublikasında keçirilən iclasda Türkiyə və Azərbaycanın diaspor sahəsində malik olduqları təcrübənin Türk Şurasının digər üzv ölkələri ilə bölüşməsi, 2018-2019-cu illərdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə təcrübə-mübadilə proqramı çərçivəsində seminarların təşkili, beynəlxalq gənclər düşərgəsinin Qazaxıstanda təşkil olunması təşəbbüsü yekdilliklə qəbul olunub. Bununla yanaşı, 2019-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın diaspor təşkilatları arasında birlik və həmrəylik hissinin artırılması üçün diaspor və vətəndaş cəmiyyəti nümayəndələri üçün birgə təlimlərin Türkiyə tərəfinin təşkilatçılığı ilə Almaniyada, Azərbaycan Respublikasının təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarında təşkil edilməsi istiqamətində razılıq əldə edilib.

Ankarada keçirilən 3-cü iclasdan sonra 8 fevral 2019-cu ildə Bakı şəhə-rində Təcrübə mübadiləsi proqramının açılşı olub. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumla-rının təmsilçiləri, həmin ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak edib. Təcrübə mübadiləsinin səmərəliliyinin artırılması üçün fikir və təkliflər səsləndirildiyi toplantıda həyata keçiriləcək konkret tədbirlər müza-kirə olunub.

Türkdilli Diasporların I Potensial artırma Təlim Proqramının növbəti tədbiri 2019-cu ilin 27 mart tarixində Almaniyada təşkil edilib. Təlim proqramının təşkilində əsas məqsəd türkdilli ölkələrin diasporlarının qarşılıqlı əlaqələrinin gücləndirilməsi və birgə fəaliyyətinə nail olmaqdır.

28 sentyabr 2019-cu ildə Amerika Birləşmiş Ştatlarında Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporlarının növbəti toplantısı – potensialın təkmilləşdirilməsi üzrə proqram təşkil edilib. ABŞ-da keçirilən təlim proqramı da, məhz I Potensial artırma Təlim Proqramının tərkib hissəsidir.

Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən proqram çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor qurumlarının təqdimatı keçirilib, bütün dünyada türkdilli diasporların bir araya gətirilməsi məsələləri müzakirə edilib. Hazırda dünyada milyonlarla türkdilli diasporun mövcud olduğu, onların xüsusilə ABŞ kimi böyük lobbiçilik ölkəsində daha iri layihələr həyata keçirmək imkanlarına malik olduqları vurğulanıb. Gələcək əməkdaşlığın daha da gücləndirilməsi, ÜMUMTÜRK DİASPORUnun formalaşdırılmasına dəstək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ənənəvi keçirilən yay düşərgələrinin və müxtəlif ölkələrdə açılan həftəsonu məktəblərinin əhəmiyyəti xüsusi vurğu-lanıb. Tədbirdə Dövlət Komitəsinin türkdilli dövlətlərin diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması barədə təklifi də böyük maraqla qarşılanıb.

Yekun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən işlənib hazırlanmış “Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilib və gələcək fəaliyyətin Yol Xəritəsinə uyğun qurulması ilə bağlı razılığa gəlinib.

Beləliklə, Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirmiş Dövlət Komitəsi, artıq ÜMUMTÜRK DİASPORU şəbəkəsinin formalaşdırılması istiqamətində addımlar atmaqdadır. Müasir dövrdə, dünyada ikili yanaşmaların hökm sürdüyü bir zamanda Qarabağ həqiqətlərinin, torpaqlarımızın işğal edilməsi ilə bağlı informasiya-ların daha tutarlı və ucadan səsləndirilməsi çox mümühm əhəmiyyət kəsb edir. Ümid etmək olar ki, ÜMUMTÜRK DİASPOR hərəkatının formalaşdırılması ən qısa zamanda bu istiqamətdə öz bəhrəsini verəcəkdir.

ÜMUMTÜRK DİASPORU zamanın tələbidir. Ona görə ki, ölkə başçısı möhtərəm cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər”.

Fuad Muradov,

Azərbaycan Respublikasının

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri