Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu – YENİLƏNİBbackend

Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, şahmatçımız iki 5 dəqiqəlik blits görüşlərin hər ikisində çinli rəqibi Dinq Lijeni məğlub edib.

Bununla da Teymur Rəcəbov ilk dəfə Dünya Kubokunun qalibi olan azərbaycanlı şahmatçı adını qazanıb.

Qeyd edək ki, Teymur Rəcəbov bu nəticə ilə 110 min dollar qazanıb. Onun çinli rəqibinə isə 80 min dollar veriləcək.

16:33

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında ikinci \”tay-breyk\” görüşünü keçirib.

İnterpress.az-ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə qara fiqurlarla üz-üzə gəlib. 40-cı gedişdə tərəflər heç-heçəyə razılaşıblar. İlk \”tay-breyk\” görüşündə də eyni hesab qeydə alınmışdı.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) \”tay-breyk\” oynanılır. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

15:24

İnterpress.az-ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib. İlk duel 64-cü gedişdə heç-heçə ilə bitib. Bir azdan ikinci qarşılaşma başlayacaq.