Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rəcəb Babaşovdan möhtəşəm addım-qazaxlı gəncləri hərbi xidmətə belə yola saldı

Rəcəb Babaşov qazaxlı gəncləri hərbi xidmətə belə yola saldı

Dərc edilib: 4 oktyabr 2019 [21:23]
Baxış sayı: 9365

Interpress.az OnlinPress.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Respublika Prezidentinin 28 avqust 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Qazax Gənclər Mərkəzinin qarşısında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri, Qarabağ müharibəsi əlilləri, çağırışçılar, onların valideynləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirin ən maraqlı anı isə İcra Başçısının gəncləri öpüb, xeyir dua verərək yola salması olub. Başçının bu addımı sosial şəbəkələrdə geniş müzakirə olunub. Sosial şəbəkə iştirakçıları icra başçısının bu addımı digər məmurlarada ornək olduğunu bildiriblər.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193