Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda 2 avtomobil toqquşub, 1 nəfər ölüb - FOTO

Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Dərc edilib: 5 oktyabr 2019 [10:11]
Baxış sayı: 8453

İnterpress.az-ın məlumatına əsasən, taksi fəaliyyəti ilə məşğul Məmmədov Pünhan Valeh oğlu idarə etdiyi “Tofaş” markalı avtomobil Heydər Əliyev prospektində yüksək sürətli hərəkətdə yolda olarkən dayanmanın qadağan olunduğu hissədə anidən dayanıb.

Bu zaman avtomobildə olan Elçin adlı şəxs avtomobildən düşərək yolu keçmək istəyib.

Nəticədə arxadan yüksək sürətlə gələn və Rəhimov Rəcəb Musa oğlunun idarə etdiyi “Mercedes Vito” markalı nəqliyyat vasitəsi onu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda 2 avtomobil toqquşub, 1 nəfər ölüb - FOTO

Bakıda 2 avtomobil toqquşub, 1 nəfər ölüb - FOTO






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193