| |||||
Ermənistanda qətl: üç ölü, beş yaralı | |||||
Oktyabrın 4-də Ermənistanın Vanadzor rayonunda silahlı insident baş verib.
|
|||||
|
|||||
![]() İnterpress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər – Andranik Ohanyan, Hor Qriqoryan və David Ohanyan – ölüb, beşi isə yaralanıb. Hadisə yerindən seriya nömrəsi silinmiş “Makarov” tapançası tapılıb. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində məlum olub ki, mübahisə zamanı 46 yaşlı kişi “Makarov” tapançasından oradakı şəxslərə atəş açıb. Qətli törədən Vanadzor sakini saxlanılıb. O cinayəti törətdiyini etiraf edib. |
|||||
|
|||||
|