Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ədliyyə naziri Füzulidə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov Füzuli rayonunda vətəndaş qəbulu keçirəcək.

Dərc edilib: 5 oktyabr 2019 [15:05]
Baxış sayı: 9067

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildiriblər ki, Füzuli rayonu Muğam Mərkəzində (ünvan: Füzuli rayonu Horadiz şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək qəbulda Füzuli, Beyləqan və İmişli rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Füzuli rayonu Muğam Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190