Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Maşın”da kimin qalacağını oyundan çıxan iştirakçılar həll edir?

“Maşın” şounun efir günü başlayandan telelayihədə məşhurlar arasında yaşanan dava-dalalaşların say-hesabı bitmir.

Dərc edilib: 6 oktyabr 2019 [16:21]
Baxış sayı: 5395

Ötən gecə müğənni Niyam Səlaminin qalibiyyəti həmkarı, dostu, sirdaşı Kərim Abbasovun sevincinə səbəb olub. ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində qonaq olan Kərim “Maşın” şouda baş verənləri bu cür şərh edib:

“Bir etiraf etmək istəyirəm. Qoy, bunu bütün Azərbaycan eşitsin. Gizlətmirəm bunu, Aqşinlə Nazimin getmək planını mən düzüb-qoşmuşdum. Yolunuz açıq olsun. Torba tikənin torbası belə tikilir və yola salınır. Bizdə qruplaşma olmayıb. Bəziləri deyir ki, guya Ramal, Niyam, Kərim birləşib qrup yaradıb. Bu yanlış ifadədir. Niyamın da planını mən şəxsən özüm səhərə kimi düzüb-qoşub, ona demişəm ki, bax, belə olacaq və sən etməlisən. Nahaq məni oyundan uzaqlaşdırdılar. İki dovşanı elə yola saldım ki, gəl görəsən. Yolunuz açıq olsun. Bir də çalışın, heç kəsin torbasını tikməyəsiz”.

Kərimin bu açıqlamaları izləyicilərin həm marağına həm də təəccübünə səbəb olub. Kərimin işlətdiyi “Niyamla səhərə kimi danışıb, planımı ona izah etmişəm” ifadəsi “Maşın” şounun qaydalarına kölgə salır. Çünki qaydalara əsasən iştirakçıların oyun müddətində telefonlardan istifadə etməsi yasaqdır.

Bunun necə baş verdiyini öyrənmək və şou ətrafında yaranmış qaranlıq məsələlərə işıq salmaq üçün Oxu.Az-ın əməkdaşı müğənni Kərim Abbasovla əlaqə yaradıb. O həmkarı ilə səhərə kimi telefonla danışmasına bu cür aydınlıq gətirib:

“Bütün hotellərin, eləcə də bizim qaldığımız hotelin şəhər telefonu var. Hər bir otağın da öz daxili telefonu olur. Hotelə zəng vurub filan nömrəli otaqla əlaqə saxlamaq mümkündür. Mobil telefonla danışmamışıq. Camaatın beynində əl telefonu qalıb, daha xəbərləri yoxdur ki, “qorodskoy” telefon deyə bir şey var”.

Bununla yanaşı, sənətçi Niyama oyun müddətində, onun şouda “qalmasını” təmin etmək üçün çoxlu səs göndərdiyini etiraf edib:

“Niyama kifayət qədər səs göndərmişəm. 500 manatlıq, 1000 manatlıq və ya 100 manatlıq - onun heç kimə dəxli yoxdur. Əsas odur ki, Niyam şouda qaldı. Bunu mən və dostum bildi, bəs edir. Əsas odur ki, mənim cızdığım plan baş tutdu. Necə ki beş nəfər birləşib, torbamı tikib, heç nədən xəbərim olmadan, oyunun ilk günü məni oyundan uzaqlaşdırmışdılar. Amma mən tək canımla şahla, vəziri vurub, oyundan kənarlaşdırdım. Sağ olsun dostum Niyam, sözünün üstündə durdu. Mənim “peşka”larla aram yoxdur”.

Aqşin Fatehin şou boyunca tez-tez işlətdiyi “kişi kimi oyun aparmaq lazımdır” ifadəsinə Kərimin reaksiyası sərt oldu:

“Aşığın sözü qutaranda, nanay-nanay deyir. Onunda sözü bitən kimi, başlayırdı “kişiliyi” ortalığa atmağa. Onun dörd övladı var, ona görə haqqında heç bir şey danışmaq istəmirəm. Balaları yazıqdır, çünki onlar məktəbə gedirlər. Atalarının etdiyi hərəkətlərdən və əməllərdən utana bilərlər”.

Müsahibənin sonunda müğənni Kərim Abbasov redaksiyamızın əməkdaşı ilə söhbətində “Maşın” realiti-şouda avtomobilin kimə qismət olacağı proqnozunu da verdi:

“Düşünürəm ki, avtomobil xanım məşhurlardan birinə qismət olacaq. Ya aktrisa Kəmalə Piriyevaya, ya da ki sənət yoldaşım Ayan Babakişiyevaya”.

Qeyd edək ki, “Maşın” şounun ilk efir oyununda aşıq Namiq Fərhadoğlu səs toplayaraq Kərim Abbasovu oyundan uzaqlaşdırıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193