İnfarkt keçirdiyi deyilən Ofelya Sənani: Evə getmək istəyirəmbackend

İnfarkt keçirdiyi deyilən Ofelya Sənani: Evə getmək istəyirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu   infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilən Azərbaycanın Xalq artisti Ofelya Sənani deyib.

“Hələlik xəstəxanadayam. Tez bir zamanda evə getmək istəyirəm. Bir neçə müayinədən sonra buraxacaqlar. Amma həkimlər tarix söyləməyib. Hiss edirəm ki, gündən-günə yaxşılaşıram”.

Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Xalq artisti Ofeliya Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub. İnvaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb.

Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Ofelya Sənani oktyabrın 5-də infarkt keçirib. Kliniki Tibbi Mərkəzə yerləşdirilən Xalq artistinə ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub.