Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Afaq və Səltənət Məcidovaların “Vital” klinikasında özbaşnalıq

Afaq və Səltənət Məcidovaların “Vital” klinikasında özbaşnalıq

Dərc edilib: 7 oktyabr 2019 [11:40]
Baxış sayı: 2288

İnterpress.az OnlinePress.az-a istinadən xəbər verir ki, özəl klinikaların əksəriyyəti reklam hesabına müştəri toplasalar da, sonradan pasientlər onlardan üz döndərməli olurlar. Elə bu səbəbdəndir ki, hazırda insanların çox nicat axtraşı üçün xarici ölkələrə üz tumalı olublar.
Məlumata görə, Bakıda fəaliyyət göstərən “Vital” klinikası da elə yuxarıda sadalananvə reklam hesabına ayaqda duran klinikalardan biridir. Qeyd edək ki, bu tibb mərkəzi əsasən hamilə qadınlar və sonsuzluq problemlərinin aradan qaldırılması sahəsi üzrə ixtisaslaşıb. Afaq və Səltənət Məcidovaların rəhbərlik etdiyi klinika xəstələrin və ya onlardan ümid gözləyən şəxslərin etibarından sui-istifadə edərək, ciblərinə girir.
Məlumata görə, “Vital”a hər gün onlarla ailə müraciət edir. Ümid edirlər ki, reklamda olduğu kimi, klinika onların valideyn olmalarına vəsilə olacaq. Amma “Vital”ın başında dayanan Məcidovlar onların ümidlərini bir kənara qoyub, daha çox pulu necə qazanmaq barədə düşünür. Elə bu səbəbdəndir ki, klinikada qiymətlər hər gün dəyişir. Özəl olduğundan kimsə bir söz də deyə bilmir.

Verilən məlumatlarda o da deyilir ki, “Vital”da həmçinin analizlərdən də şikayətçi olanlar çoxdur. Çünki analizlərin keyfiyyətsizliyi bir tərəfə, qiyməti də həddindən artıq bahaya gəlib çıxır. Yanlış və qeyri-müəyyən analizlərin nə kimi fəsad doğuracağı isə sir deyil.
Daxil olan yeni məlumatlara görə, “Vital” Klinikada vergidən yayınma hallarına da yol verilir. Bu istiqamətdə də araşdırmalarımızı davam etdiririk.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193