Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rusiyalı ekspert: "Azərbaycan Prezidentinin çıxışı "Valday" klubunun proqramının ən əlamətdar məqamlarından biridir"

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin emosional çıxışı bu il təkcə ekspertlər səviyyəsində deyil, həm də prezidentlər səviyyəsində olduğuna görə daha yüksək səviyyədə keçirilən "Valday" klubunun proqramının ən əlamətdar məqamlarından biri oldu".

Dərc edilib: 7 oktyabr 2019 [12:39]
Baxış sayı: 1842

İnterpress.az "Report"-a istinadən xəbər verir ki, bunu "Şimal-Cənub" Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova deyib.

Onun sözlərinə görə, tədbirdə Vladimir Putindən başqa, postsovet məkanında ən dinamik inkişaf edən ölkələri, daha dəqiq desək, Qazaxıstan və Azərbaycanı təmsil edən prezidentlərin iştirak etməsi rəmzi xarakter daşıyır.

“Gözlənildiyi kimi, Azərbaycan liderinin çıxışı Qarabağ münaqişəsinə, daha doğrusu, bölgədəki ən qanlı və həlli uzadılmış münaqişələrdən birinin dinc yolla nizamlanması ətrafındakı problemlərə həsr olundu. İlham Əliyev bir tərəfdən Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin zəruriliyini bir daha vurğuladı, digər tərəfdən qətnamə dalınca qətnamə qəbul edən, ancaq bu sənədlərin icrasına nail olmaq üçün səy göstərməyən beynəlxalq təşkilatları kəskin tənqid etdi. Ancaq eyni zamanda İlham Əliyevin Ermənistanın baş naziri Paşinyana qiyabi cavabında da görünür ki, Azərbaycan tərəfi Ermənistanla ən azı görüşlər və dialoq platformaları nöqteyi-nəzərindən müsbət dinamikanı davam etdirmək istəyir", - deyə A.Trapeznikova vurğulayıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 188