Xalq artisti: Qardaşım mənə bir şillə vururdu, günlərlə özümə gələ bilmirdim – VİDEObackend

Xalq artisti: Qardaşım mənə bir şillə vururdu, günlərlə özümə gələ bilmirdim – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dörd qardaşın bacısı olduğunu deyən N.Dostəliyeva qardaşlarının ikisinin vəfat etdiyini bildirib.

“İki qardaşımı itirmişəm. İllər öncə böyük qardaşım elektrik qatarına minmək istəyəndə sürüşüb qatarın altına düşmüşdü. O biri qardaşım benzin dolduranda avtobus sürətlə gəlib, onu vurub. Qəzada qabırğası sınan qardaşım bir müddət xəstə yatdı, sonra isə vəfat etdi”.

O, qardaşları ilə küsülü olduğunu təkzib edib. Xalq artisti onlarla yaxşı münasibətdə olduğunu vurğulayıb.

Xalq artisti illər öncə bacısı Zeynəb Dostəliyeva ilə aralarında soyuqluq olduğunu dilə gətirib.

Müğənni proqramda həmişə qız övladının olmasını istədiyini deyib:

“Çox istəyərdim ki, qızım olsun. Amma Allah xasiyyətimi bildiyi üçün verməyib. Qız uşaqlarına qarşı çox qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Hətta qızımı universitetə getməyə qoymazdım. Bəlkə də, rəfiqələrinin olmasına belə icazə verməzdim”.

Xalq artisti səhnəyə çıxdığına görə qardaşından ağır zərbələr aldığını və şiddət gördüyünü etiraf edib:

“Uşaqlıqdan mikrofonu əlimdən alıblar. Əvvəlcə qardaşım icazə vermirdi, deyirdi ki, qız uşağı səhnəyə çıxmaz. Qardaşım buna görə dəfələrlə mənə əl qaldırırdı. Bir şillə vururdu, günlərlə özümə gələ bilmirdim”.