Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakının mərkəzində mütəşəkkil dəstə adam oğurladı, işgəncə verdi

Bakıda naməlum şəxslər küçədə paytaxt sakinini oğurlayıb. 

Dərc edilib: 7 oktyabr 2019 [17:09]
Baxış sayı: 1920

İnterpress.az Trend-ə istinadən xəbər verir ki,  hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Metronun “28 May” stansiyasının qarşısında dörd nəfərdən ibarət mütəşəkkil dəstə qabaqcadan əlbir olaraq Bakı şəhər sakini Baxşıyev Təbrik Ədalət oğlunu oğurlayaraq avtomobilə mindirib Abşeron rayonunun Xırdalan qəsəbəsinə aparıb.

Naməlum şəxslər yolda T. Baxşıyevə zorakılıq edərək işgəncə verib, üzərində olan 550 manatını alıblar. Dəstə üzvləri daha sonra onu naməlum istiqamətə aparıb, orada avtomobildən düşürüblər.

Zərərçəkmişin müraciəti əsasında Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 188