Milli Məclis Əli Əsədovun Baş Nazir təyin edilməsinə razılıq verib – YENİLƏNİBbackend

Milli Məclis Əli Əsədovun Baş Nazir təyin edilməsinə razılıq verib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.

Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

10:07

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

İnterpress.az xəbər verir ki,   bu barədə Milli Məclisin açıqladığı gündəlikdə bildirilib.

Qeyd edək ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.