Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Bakı Metropoliteni" maşinist peşəsi üzrə işə qəbul elan edib

"Bakı Metropoliteni" QSC maşinist peşəsi üzrə namizədlərin seçiminə başlayır. 

Dərc edilib: 8 oktyabr 2019 [11:13]
Baxış sayı: 1033

İnterpress.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ərizələr noyabrın 8-nə qədər qəbul edilir. Namizədlər 24-30 yaş arasında, ali və orta texniki təhsilli, ilk peşə ixtisaslı olmalıdır. Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) tələbi var.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək.

İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar səhmdar cəmiyyətinin internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.

"Bakı Metropoliteni" maşinist peşəsi üzrə işə qəbul elan edib








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190