Gürcüstanın baş naziri sabah Azərbaycana gələcəkbackend

Gürcüstanın baş naziri sabah Azərbaycana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycana səfər G.Qaxarianın baş nazir vəzifəsində ilk xarici səfəri olacaq.

Gürcüstanın hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, G.Qaxarianın baş nazir kimi ilk səfərləri qonşu ölkələrə olacaq: \”Baş nazir ilk olaraq Gürcüstan üçün xarici siyasət və ticari-iqtisadi sahələrdə böyük əhəmiyyət kəsb edən tərəfdaş ölkələrə səfər edəcək\”.

Azərbaycandan sonra hökumət başçısının Ermənistan, daha sonra isə Türkiyəyə səfərləri planlaşdırılıb.

Qeyd edək ki, G.Qaxaria bu ilin sentyabrın 8-də qonşu ölkənin baş naziri təyin olunub.