İnterpress.az \”El Chiringuito\”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun yeni sözləşməsi 2021/2022 mövsümünün sonuna kimi nəzərdə tutulub. Anlaşmaya əsasən fransalı oyunçu mövsüm ərzində 11 milyon avro qazanacaq.
Qeyd edək ki, Kərim Benzemanın Madrid klubu ilə əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədə idi. O, 2009-cu ildən \”kral klubu\”nun formasını geyinir.