Rusiyada qiymətlər əsassız dərəcədə bahalaşıb – Putinbackend

Rusiyada qiymətlər əsassız dərəcədə bahalaşıb – Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Ölkənin üzləşdiyi problemlərin alverçilərin qazanc mənbəyinə çevrilməsinə imkan vermək olmaz.

Problemlər var, lakin müşahidə edilən qiymət artımını həmin problemlərlə müqayisə etmək mümkünsüzdür\”, Vladimir Putin Rusiya regionlarının qubernatorları və merlərilə görüşündə bəyan edib.

İnterpress.az xəbər verir ki, Rusiya prezidenti region rəhbərlərini əhalinin ehtiyac duyduğu məhsullara qiymət artımına gətirən alver hallarına yol verməməyə, vaxtında lazımı tədbir görməyə çağırıb.

Bundan əvvəl Rusiya Baş prokuroru Yuri Çayka aparılmış yoxlamalar nəticəsində ölkədə son bir neçə ay ərzində ərzaq və dərman məhsullarına qiymətlərin 400% artdığını bildirmişdi.

İnterpress.az