Qazaxıstan şirkəti Azərbaycan üzərindən mayeləşdirilmiş təbii qazı nəql etmək niyyətindədirbackend

Qazaxıstan şirkəti Azərbaycan üzərindən mayeləşdirilmiş təbii qazı nəql etmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclasında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, hazırda tariflərin optimallaşdırılması işləri görülür.

Bundan başqa, P.Şahbazov məlumat verib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi – \”SOCAR Trading\” 1,6 mln ton həcmində Qazaxıstan neftinin ticarətini həyata keçirib.

O qeyd edib ki, ötən il isə bu göstərici 1,5 mln ton təşkil edib.

Nazir hazırda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpa olunması barədə danışıqlar aparıldığını bildirib.