Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda keçiriləcək təhsil sərgisində Avropa İttifaqı ilk dəfə stendlə təmsil olunacaq

Sabah-oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “Eduexpo” sərgisi açılacaq.

Dərc edilib: 9 oktyabr 2019 [12:07]
Baxış sayı: 4147

İnterpress.az xəbər verir ki, sərgi ilə bağlı keçirilən mətbuat konfransında builki sərgidə ilk dəfə olaraq Avropa İttifaqının birləşmiş stendinin olacağı bildirilib.

Qeyd olunub, sərgidə dünyanın 22 ölkəsini təmsil edən 152 təhsil strukturu iştirak edəcək. Sərgi iştirakçılarının 45%-ni debütantlar təşkil edir.

Caspian Event Organisers şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək: "Oktyabrın 12-də sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş keçiriləcək.

Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar təşkil olunacaq".

Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib ki, Təhsil Nazirliyi bu il sərgidə təhsil sahəsində innovasiyaların və perspektivli startapların, eləcə də ölkənin təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərinin nümayişi üçün interaktiv platforma olan stendi ilə fəal iştirak edəcək.

“Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur.

Bu il sərgidə Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edəcək.

Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edəcək.

Sərgidə məktəbəqədər hazırlıq, orta təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, eləcə də dil kursları, yay məktəbləri, treyninqlər, dərsliklər və metodiki vəsaitlər, təhsil sahəsində yeni informasiya texnologiyaları, təhsil sektoru üçün avadanlıqlar kimi sektorlar üzrə məlumat və xidmətlər təqdim edilir.

Sərgi oktyabrın 12-də başa çatacaq.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 188