Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Alimlər Marsda daha bir “canlı” göl tapıblar

Marsın Satton adaları adı verilmiş ərazisində çoxlu sayda palçıq çatları və mineral duzlar aşkarlanıb.

Dərc edilib: 10 oktyabr 2019 [09:55]
Baxış sayı: 2286

“Curiosity” adlı marsaxod Marsda qədim duzlu gölün qalıqlarını tapıb.  Bu barədə “Nature Geoscience” jurnalı yazır.

Marsın Satton adaları adı verilmiş ərazisində çoxlu sayda palçıq çatları və mineral duzlar aşkarlanıb.

Bu ərazini kosmik apparat ilk dəfə 2017-ci ildə çəkib. İndi isə alimlər iki illik analizlərin nəticələrini açıqlayıblar. Onların fikrincə, çatların səbəbi burada nə vaxtsa mövcud olmuş, sonradan qurumuş göldür. Nəticələrdə qeyd olunur ki, həmin göl mövcudluğu zamanı bir neçə dəfə quruyub, sonra isə yenidən su ilə dolub.

Alimlərin fikrincə, təxminən 3,5 milyard il əvvəl bu göl Cənubi Amerikadakı su hövzələrini xatırladıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201