“Qarabağ”ın daha bir futbolçusu sıradan çıxdıbackend

“Qarabağ”ın daha bir futbolçusu sıradan çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi xəstələndiyi üçün Podqoritsaya aparılmayıb. 

Baş məşqçi Krasimir Balakov Simeon Slavçevin Sofiyada qalmasına qərar verib.

Qeyd edək ki, “Qarabağ”da Mahir Emreli zədəli olduğundan, Bəhreyn və Macarıstanla oyunlar üçün nəzərdə tutulmuş heyətdən çıxarılıb. Qara Qarayev də zədəli olduğundan, dünən Bəhreynlə oyunda meydanda olmayıb. Bundan başqa, ispaniyalı Xayme Romero zədə üzündən kollektiv məşqlərə yenicə qoşulmağa başlayıb.