Qardaşını öldürən Bakı sakininə hökm oxunubbackend

Qardaşını öldürən Bakı sakininə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı təqsirləndirilənə 17 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.

Məhkəmə müşavirədən sonra A.Kərimovun 9 il 6 ay müddərtinə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakıda baş verib. Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.