Türkiyə XİN terrorla mübarizədə beynəlxalq ictimaiyyətə çağırış edibbackend

Türkiyə XİN terrorla mübarizədə beynəlxalq ictimaiyyətə çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, “Barış bulağı” hərbi əməliyyatları Birləşmiş Millətlər Təşkilatının (BMT) terrorizmlə mübarizə çərçivəsində aparılır.

Türkiyə XİN “Barış bulağı” hərəkatı ilə bağlı aparılan kampaniyaların həqiqətə uyğun olmadığını bəyan edib: “Hərəkat zamanı yalnız Avropa İttifaqının deyil, eyni zamanda NATO-nun terror təşkilatı kimi tanıdığı PKK-nın Suriya qolu olan PYD/YPG ünsürləri, bu ünsürlərə aid sığınacaq, silah-sursatlar, hərbi texnika hədəf alınıb. Dinc vətəndaşların zərər görməməsi üçün hər şəkildə tədarük görülüb. Türkiyənin terrorla mübarizəsinə şübhə altına almaq üçün dezinformasiyalar yayılır”.

Məlumatda o da bildirilib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasında daha çox fəaliyyət göstərib.

“Türkiyə Suriyada İŞİD terror təşkilatına qarşı daha çox mübarizə aparıb və bu mübarizədə ən ağır qurbanlar verib. Türkiyə PYD/YPG-yə də qarşı eyni qətiyyətlə savaşır. Avropadan gələn əlisilahlılar İŞİD terror təşkilatına qoşulub bu təşkilatı qüvvətləndirdilər. Türkiyə İŞİD-lə mübarizədə ən çox qurban verən ölkə olduğu halda, kənarda müşahidəçi qismində olan ölkələrin bizi təhqie etməyə haqları yoxdur”, – deyə məlumatda qeyd olunub.

XİN terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün başda Türkiyənin müttəfiqləri olmaqla, beynəlxalq ictimaiyyətə çağırış edib: “Türkiyə keçmişdə olduğu kimi, yenə də terrorla mübarizə sahəsində qətiyyətlidir və bu mübarizədə dünya ictimaiyyətindən dəstək gözləyir”.