Ronaldo 700-cü qolunu vurdu – VİDEObackend

Ronaldo 700-cü qolunu vurdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyanın futbol üzrə yığmasının hücumçusu Kriştianu Ronaldu unikal bir nailiyyət əldə edib.

“Marca”nın verdiyi məlumata əsasən, forvard 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin Lüksemburqa qarşı keçirilən matçında (3:0) rəqib qapısından top keçirməklə, peşəkar karyerasında 700-cü  qola imza atmış olub.

Qeyd olunur ki, “Qızıl Top”un beşqat sahibinə 973 oyun lazım olub ki, onlardan 458-ində rəqib qapısından top keçirib. Ümumilikdə, isə o, 12 müxtəlif turnirdə qol vurub.