Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



58 yaşlı idmançımız Paralimpiya Oyunlarına vəsiqə qazandı

Azərbaycan Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Dərc edilib: 12 oktyabr 2019 [15:34]
Baxış sayı: 848

İnterpress.az-ın xəbərinə görə, Avstraliyanın Sidney şəhərində para atıcılıq üzrə dünya çempionatına start verilib.

Müstəqil Azərbaycanın Paralimpiya Oyunlarında ilk təmsilçisi, 58 yaşlı Yelena Taranova dünya çempionatında 25 metrdən məsafəyə güllə atıcılığında göstərdiyi nəticə ilə ilk 20 idmançı sırasına düşüb və bununla da gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib. İkiqat Paralimpiya mükafatçımız hələ 10 və 50 metr məsafəyə atışlarda da mübarizə aparacaq.

Bundan başqa, kişilərdə Kamran Zeynalov 10, 25 və 50 metr məsafəyə atışlarda iştirak edəcək.

Qeyd edək ki, bu, Azərbaycanın Paralimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirən üçüncü idmançısıdır. Daha əvvəl parapauerliftinq üzrə Elşən Hüseynov və paraüzgüçülük üzrə Roman Saley lisenziya qazanıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193