Azərbaycan və Qazaxıstan arasında vizasız rejim qaydaları dəyişdibackend

Azərbaycan və Qazaxıstan arasında vizasız rejim qaydaları dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müvafiq sənəd Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündən əvvəl imzalanıb.

Protokolu Azərbaycan tərəfdən Xarici İşlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə Daxili İşlər naziri Yerlan Turqunbayev imzalayıb.

Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də, 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.