Abşeronda keçmiş məhkum avtobusu yandırıbbackend

Abşeronda keçmiş məhkum avtobusu yandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb.

Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.

Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.